Ceyranbatan su anbarının yaxınlığında yanğın söndürülüb - YENİLƏNİB

Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bu barədə Yeniavaz.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

***13:07
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub. 

FHN-dən Yeniavaz.com-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri ətaziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.
Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top