Mark Zukerberq bir gündə 7 milyard itirdi


Milyarder, Facebook sosial şəbəkəsinin banisi Mark Zukerberq bir gün ərzində 7.2 milyard dollar itirib.

İri şirkətlər sosial şəbəkədə reklam yerləşdirməkdən imtina etdiklərinə görə milyarder ziyana düşüb.

Cümə günü, iyunun 26-da şirkətin səhmləri 8.3 faiz ucuzlaşdı. Buna səbəb isə nəhəng reklam şirkətlərindən olan Unilever-in ilin sonunadək Facebook-un bütün məhsullarında, o cümlədən Instagram-da reklama pul xərcləməkdən imtina etməsi oldu. 

Facebook-da reklamdan Verizon kimi nəhəng telekommunikasiya şirkəti, eləcə də qənnadı məmulatlarının ən böyük istehsalçısı Hershey də imtina edib. Coca-Cola da bir ay müddətinə sosial şəbəkədə reklam yerləşdirməyəcək. Şirkət bildirib ki, ABŞ-da etirazlar fonunda Facebook “platformada dezinformasiya və kinin yaranmasını kifayət qədər nəzarət altına ala bilməyib”. 

Bloomberg Billionaire Index-in məlumatına görə, Zukerberqin varidatı 82.3 milyard dollaradək düşüb. İndi o, dünyanın ən varlı insanlarının siyahısında dördüncü pillədə qərarlaşıb.

ABŞ-da etriaz aksiyaları mayın sonunda qaradərili Corc Floydun həbs zamanı polis tərəfindən öldürülməsindən sonra başlayıb. Etiraz və iğtişaş dalğaları ABŞ-ın onlarla şəhərini bürüyüb. Bəzi ştatlarda bunlar yerini oğurluq və quldurluğa verib, insanlar məşhur mağazaları dağıdaraq yandırmağa, bir-birinə atəş açmağa başlayıblar.//sputnik

DİGƏR XƏBƏRLƏR

Top