Türkiyənin Müdafiə naziri Aralıq dənizində yaşanan gərginlikdən DANIŞDI


Türkiyənin Müdafiə naziri Hulusi Akar Aralıq dənizində Fransa ilə yaşanan gərginlikdə qanunsuz addım atmadıqlarını bildirib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Hulusi Akar çıxışı zamanı bildirib ki, foto, videogörüntülər və radar qeydləri vasitəsilə Türkiyə hərbçilərinin haqlı olduqları sübuta yetirilib: “Təəssüflər olsun ki, bəzi dövlətlər, hökumətlər öz şəxsi mənafeləri üçün əsassız iddialar irəli sürdülər. Bunlar yalan informasiyalardır. Fransa ilə gərginlik məsələsi barədə faktları NATO-ya təqdim etmişik. Türk gəmiləri heç bir şəkildə qanunsuz addım atmayıblar”. 

DİGƏR XƏBƏRLƏR

Top