SOCAR vergiləri vaxtında ödəməyib - Milyonluq borc yaranıb


Dövlət Neft Şirkətinə (SOCAR) bağlı qurumların dövlət büdcəsinə ümumilikdə 1 milyon 688 min 404 manat 65 qəpik vergi borcu var.
Yeniavaz.com
xəbər verir ki, SOCAR-a bağlı olan qurumlar arasında ən çox borcu olan Ekologiya İdarəsidir. Bu idarənin vergi borcu 1 milyon 491 min 76 manat 26 qəpik olub.
Onu da bildirək ki, SOCAR-a bağlı olan birgə müəssisələr arasında da vergi borcu olan şirkətlər var. 75,5%-i SOCAR-a məxsus olan “SOCAR Energy Georgia” MMC-nin Azərbaycandakı nümayəndəliyinin 2 min 941 manat 19 qəpik vergi borcunun olduğu bildirilir. 
Bundan başqa SOCAR-a bağlı müəssisələrdən “SOCAR-Rodan” MMC-nin 92 min 415 manat 1 qəpik, “SOCAR Dalğıc” MMC-nin isə 101 min 972 manat 19 qəpik vergi borcu var. 
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top