Gürcüstanda bu günə qədər koronavirusdan ölənlərin sayı 14 nəfərdir


Gürcüstanda yeni növ koronavirusa yoluxma halları azalıb.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, Gürcüstanda son sutka ərzində cəmi 3 nəfər koronavirusa yoluxub, ölüm halı isə qeydə alınmayıb. Verilən rəsmi rəqəmlərə görə, həmin ölkədə bu günə qədər 917 nəfər koronavirusa yoluxub, 14 nəfər dünyasını dəyişib, 776 nəfər isə sağalaraq evə buraxılıb. Qeyd edək ki, 4 milyon əhalisi olan Gürcüstan koronavirusla mübarizədə ən yaxşı nəticələr əldə edən ölkələr sırasındadır.
Xatırladaq ki, son statistikaya görə, dünyada COVİD-19-dan ölənlərin sayı 485 min 176-ya çatıb, yoluxanların sayı isə 9 milyon 534 min 437 nəfərdir. 5 milyon 179 min 747 nəfər isə yeni növ koronavirus pandemiyasından sağalaraq evə buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top