Rusiyada vilayət dumasında deputatların əlbəyaxa davası – VİDEO


Rusiyanın Saratov Vilayət Dumasında deputatların qarşıdurması kütləvi toqquşmaya çevrilərək "Vahid Rusiya" partiyasından Denis Çernışevskinin və kommunist Nikolay Bondarenkonun təkbətək döyüşü ilə başa çatıb.

Yeniavaz.com "Spuntik"ə istinadən xəbər verir ki, deputatların davası dünən, təxminən 12 saat davam etmiş iclasda baş verib.

"Vahid Rusiya" partiyasından Nikolay Buşuyev fraksiya həmkarı Dmitri Çernışevski və Kommunist Partiyasından Nikolay Bondarenko tərəfindən deputat etikası qaydalarının pozulması haqqında qərarı elan edib. Bondarenko isə onu telefonun kamerasına çəkirmiş. Bu zaman Buşuyevin qonşusu Anatoli Tsipyaşşuk gözlənilmədən "Rədd ol burdan" sözləri ilə onun üzərinə su qabını atıb. Bondarenko isə onun üzərinə su tökməyə çalışıb. Bundan sonra zalda dava başlayıb və spiker Aleksandr Romanov fasilə elan edib.

DİGƏR XƏBƏRLƏR

Top