Çin, Afrika ölkələrinin 2020-ci ilin sonuna qədər ödəməli olduğu faizsiz kredit borclarını ləğv edib.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Çinin Prezidenti Şi Cinpinq bu barədə yeni növ koronavirus (COVID-19) epidemiyası ilə bağlı keçirilən "Fövqəladə Sino-Afrika Zirvə" toplantısında danışarkən məlumat verib.
Çin lideri bildirib ki, COVID-19 peyvəndi hazırlandıqdan sonra Afrika ölkələri onu əldə edə biləcək ilk ölkələr sırasında olacaq. O, həmçinin qitədə yeni xəstəxana və səhiyyə müəssisələri inşa edəcəklərini söyləyib.
Qeyd edək ki, Afrika ölkələri, çətin vəziyyətdə olan iqtisadiyyatı yaxşılaşdırmaq üçün G-20 ölkələrini onların "borclarını silməyə və ya təxirə salmağa" çağırmışdı. "Con Hopkins" Universitetinin Çin-Afrika Araşdırma Təşəbbüs qrupunun məlumatına görə, Çin hökuməti və bankları 2000-2017-ci illərdə Afrika ölkələrinə təxminən 143 milyard dollar kredit ayırıb.