Gəncədə polis koronavirusdan ölən qadını belə dəfn etdi - FOTOLAR

Gəncədə koronavirusdan ölən şəxsi polislər dəfn edib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, iyunun 14-də Gəncə şəhər sakini Aqil Əfəndiyev DİN-in “102” zəng mərkəzi xidmətinə zəng edərək bacısının koronavirus infeksiyasından dünyasını dəyişdiyini və tətbiq olunan sərt karantin rejimi ilə bağlı carəsiz olduğunu bildirib.

Müraciətlə bağlı dərhal polis əməkdaşları xüsusi geyimlərdə Məhkəmə Tibbi Ekpertizası və Patalogiya Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gələrək mərhumun cənazəsini xüsusi avtomobillə qəbirstanlığa aparıb.

Karantin rejiminin qaydaları gözlənilməklə qadın islami qaydalarına uyğun dəfn edilib.


DİGƏR XƏBƏRLƏR

Top