"2 gün bayıra çıxmaq olmaz, amma suyumuz yoxdur" - Binəqədi sakinləri aksiya keçirib

Sərtləşdirilmiş karantin qaydalarının tətbiqinə 1 saat qalmış Binəqədi sakinləri aksiya keçiriblər. Yeniavaz.com xəbər verir ki, illərdi su xəttinin yoxluğundan əziyyət çəkən 1-ci mədən sakinləri susuz qalıb. Sakinlərin sözlərinə görə, Binəqədi Sukanal İdarəsinə gün ərzində dəfələrlə müraciət etsələr də səyləri nəticəsiz qalıb: "Su idarəsindən İlqar Məmmədov deyir ki, yaxın 10-15 ilə su çəkiləcək sizə. Bizim indi əlimizi yumağa su yoxdur. 2 gün bayıra çıxmaq olmaz, amma suyumuz yoxdur. Bu gün bütün günü bizə 4-5 maşın su gələcəyini dedilər. Amma hələ heçnə yoxdur. Virusdan qorunmaq üçün tez-tez əlinizi yuyun deyilir amma su yoxdur, mağazadan alırıq. İndi su xətti istəmirik ki, karantindi, heç olmazsa maşınla su versinlər". Qeyd edək ki, su maşını ilə sözügedən əraziyə su veriləcəyi vədindən sonra sakinlər aksiyanı dayandırıb.

DİGƏR XƏBƏRLƏR

Top