Bu virus kəskin böyrək çatışmazlığına səbəb olur


Koronavirus pandemiyasının təhlükələri daha yüksək olduğu üçün böyrək xəstəliyi olan şəxslər xüsusilə diqqətli olmalıdırlar. Bu xəstəlik böyükdən tutmuş uşağa qədər hər kəsdə rast gəlinə bilir. Lakin yaşlılar və xroniki xəstəlikləri olanlar üçün daha da təhlükəlidir.
Yeniavaz.com xəbər verir ki, Pulmonologiya və Fortis Eskorts Xəstəxanasının baş məsləhətçisi, doktor Ravi Şekar Jahın sözlərinə görə, yeni növ koronavirus təkcə tənəffüs yollarına deyil, böyrəklərə də təsir göstərir.
Çin və Cənubi Koreyada baş verən hadisələri araşdıran alimlər, koronavirus infeksiyasının protein itkisinə (30-40 faiz) və kəskin böyrək çatışmazlığına (15-20 faiz) səbəb olduğunu müəyyənləşdiribilər. Böyrək xəstəliyi olan pasientlər özlərini koronavirusdan necə qoruya bilər?
“Ənənəvi olaraq təhlükəsizlik tədbirləri əksər insanlar üçün eynidir - müntəzəm olaraq əlləri yumaq, küçədə sosial məsafəni (bir yarımdan iki metrə qədər) saxlamaq, tibbi maskalardan və antiseptiklərdən istifadə etmək. Bundan başqa böyrək xəstəliyi olan pasientlər mümkün qədər su içməlidirlər. Əgər infeksiyadan özünüzü qoruya bilməyib, yoluxmusunuzsa bədəndə olan su xəstəliyin yüngül və ya orta formada keçirməyinizə kömək edəcəkdir.
İmmunitetinizin güclü olması üçün C vitamini tərkibli qidalara üstünlük verin. Hər gün az da olsa sitrus meyvələri yeyin. Ən vacib şərtlərdən biri proteini yüksək olan xüsusi bir pəhrizə riayət etməkdir. Pəhrizdə probiotiklər və antioksidanlarla zəngin təbii qidalara - qatıq, zəncəfil, zərdəçal(sarıkök), kələm və s. üstünlük verilməlidir” – deyə, həkim qeyd edib.

Xüsusi qeyd: Böyrək xəstəliklərində su çox önəmli olsa da, hər pasient su qəbul edə bilməz. Gün ərzində insan hər kiloqramına görə 30 ml su qəbul etməlidir. Böyrək çatışmazlığı olan xəstələrdə sidik çıxışı normaldırsa, ürəklə bağlı problem yoxdursa, normal su qəbul edilə bilər. Amma problemi varsa, suyun qəbuluna sərhəd qoyulmalıdır.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top