Tünzalənin səhhəti yenidən pisləşdi – Şiş ağciyərlərə yayılıb


Əməkdar artist Tünzalə Əliyevanın səhhəti yenidən pisləşib və xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə aktrisa özü məlumat verib.
Onun sözlərinə görə, şiş hüceyrələri artıq ağciyərlərə doğru yayılıb: "Hər birinizə etdiyiniz dualarınıza, narahat olduğunuza görə dərin təşəkkürümü bildirirəm. Buna da qalib gələcəm... Sizin dualarınız və həkimlərin sayəsində sağalacam. Bildiyiniz kimi əvvəl uşaqlıqboynunda bədxassəli şiş var idi. Həkimlərin sayəsində yaxşı nəticələr əldə etdik. Apreldə müayinə zamanı məlum oldu ki, böyrək damarlarımda törəmə şişlər var və 2 ay müalicə aldım. Nəticə yaxşı oldu. Çox təəssüf edirəm ki, iki gün əvvəl müayinə nəticəsində artıq öyrəndik ki, şiş ağciyərə yayılıb. Hazırda təcili kimyaterapiya aldım. İnşallah, üçüncü ağır prosesdən də salamat çıxaram".
 

DİGƏR XƏBƏRLƏR

Top