Havalandırma sistemləri koronavirusa yoluxmanı artırır - RƏSMİ

“İstər nəqliyyat vasitələrində, istərsə də havalandırma sistemi olan yerlərdə hava içəridə sirkulyasiya edirsə, o zaman bu cihazların fəaliyyəti məhdudlaşdırılmalıdır”.

Yeniavaz.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O deyib ki, belə olan halda virusun yoluxma sürəti artır:

“Bu barədə Bakı Nəqliyyat Agentliyi ilə fikir mübadiləsi aparılır. Hazırda havaların dözülməz dərəcədə isti olduğu dövrdə deyilik. Havalar isindikcə bu barədə də qərar qəbul ediləcək".

DİGƏR XƏBƏRLƏR

Top