Türkiyəli nazir maskanı gözünə taxan gəncə zəng elədi - FOTO


"Sıfır yeni yoluxma məqsədinə çatmaq üçün, riskə qarşı oyaq olaq. ​​Virus ağız və burun vasitəsilə ötürülür. Ağız və ya burun açıq qalırsa, bu formada maska taxmaqla biz yalnız gözlərimizi bağlamış oluruq. Risk bu qədər yaxın ikən xəbərdarlıqlara qulaq asaq".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz “Twitter” hesabında maskanı gözünə taxan gəncin şəklini paylaşaraq yazıb. Sosial şəbəkələrdə şəkli yayılan Həmzə Tatlının Mersinin Toroslar qəsəbəsində yaşadığı məlum olub. Həmzə sosial şəbəkələrdə yayılmış görüntü ilə bağlı bildirib ki, fotoda yanında əyləşən xanım anasıdır və o, xərçəng xəstəliyindən əziyyət çəkir. Anasının müalicəsi üçün də onun daha çox işləməsi lazımdır. Həmin gün də yorğun olduğunu əsas gətirərək xəstəxanaya getdikləri vaxt avtobusda yatdığını deyib. Gənc həmçinin bildirib ki, maskanı avtobusda pəncərə qarşısında oturduğu üçün gözünə gün işığı düşməsin deyə taxıb. Həmzə Tatlı bu açıqlamasından sonra Səhiyyə naziri Fəxrəddin Qocanın ona zəng etdiyini deyib. Nazir telefon danışığı zamanı həmin şəkli cəmiyyətə mesaj göndərmək üçün paylaşdığını bildirib.
Qeyd edək ki, Səhiyyə naziri telefon danışığı zamanı Həmzə Tatlının anasının müalicəsinə köməklik edəcəyini söyləyib.
Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top