Mübariz Mənsimov həbsxanadan qızını təbrik etdi - FOTO


Türkiyədə həbs edilən azərbaycanlı iş adamı Mübariz Mənsimov qızı Nüşabəni doğum günü münasibətilə təbrik edib.
Yeniavaz.com
xəbər verir ki, M. Mənsimov feyzbuk sosial şəbəkəsindəki profilindən qızına ən xoş arzular diləyərək bunları yazıb: "İlkim, qızım, əziz balam! Nüşabəm!
Sənin bu gün doğum günündür. Sənin varlığın, sənin bu günün mənə həm də ata hissini ilk dəfə yaşatdırdı. Səninlə mən ata oldum. Səninlə bağlı o qədər arzularım var ki, bunları sadalasam günlər bəs etməz. Əlbəttə, ən böyük arzum Səni həmişə sağ və salamat görməkdir. Biləsən ki, “Nüşabə” adı sənə təsadüfən verilməyib. Sən bu adla həm mənim yadigarım, həm bu günüm, həm də gələcəyimsən. Bu adın bir mənası ağıllı və gözəl xanımdır. Xoşbəxt atayam ki, bunların hər ikisi səndə var. Allahın sənə bəxş etdiyi gözəlliyi özünün qazandığın bilik və savad tamamlayır. Sənin adının ikinci mənası da var: həyat verən su. Bax, sən mənim üçün həm o sudansan. Sənin varlığın mənə həyat verir, sənin təbəssümün mənə heç nə ilə müqayisə olunmayacaq isti verir. Var ol, yanımda ol, heç vaxt məni tək qoyma. Ad günün Mübarək olsun, Qızım!"

DİGƏR XƏBƏRLƏR

Top