Ancelina Coli irqçiliyə qarşı mübarizəyə 200 min dollar bağışladı


Aktrisa Ancelina Coli irqçiliyə qarşı mübarizəyə dəstək olmaq üçün 200 min dollar yardım ayırıb.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ayrılmış pul  Qaradərililərin İnkişafı Milli Assosasiyasının  (NAACP) qaradərililərin hüquqlarını müdafiə edən fonduna bağışlanıb.
Aktrisa ABŞ mətbutına verdiyi açıqlamasında irqi bərabərliyin, sosial ədalətin təmin olunmasını tələb edərək, qaradərililərin hüquqlarının müdafiəsi fondunun tərəfində olduğunu, irqi ayrı-seçkilik və cəzasızlığın qəbul olunmaz olduğunu bildirib.
Qeyd edək ki, ölkədə irqi ayrı-seçkilik əleyhinə olan amerikalı məşhurlar qaradərililərə yardım məqsədilə fondun hesabına ianələr köçürməkdə davam edirlər.
Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top