General Haftara ağır zərbə vuruldu


General Haftarın idarəsi altında olan Tarhuna şəhəri Liviya ordusu tərəfindən ələ keçirilib.
Yeniavaz.com
"Cumhuriyet"ə istinadla xəbər verir ki, bu barədə Liviya ordusunun sözçüsü Məhəmməd Kununu məlumat verib. Bildirilib ki, Trablusa təxminən 100 kilometr məsafədə yerləşən Tarhuna şəhəri Haftar ordusu üçün əsas strateji bölgələrdən sayılırdı. Həmin şəhərin Liviya ordusu tərəfindən ələ keçirilməsi ölkədə gedən müharibənin yönünü dəyişdirəcək hadisə kimi qiymətləndirilib.

DİGƏR XƏBƏRLƏR

Top