İngiltərə parlamentində koronavirus həyəcanı - Nazir çətin anlar yaşadı - VİDEO


İngiltərənin İqtisadiyyat naziri Alok Şarmanın yeni növ koronavirusa yoluxduğu ehtimal edilir.
Yeniavaz.com
xəbər verir ki, buna səbəb nazirin parlamentdə çıxışı zamanı özünü narahat hiss etməsi olub. Yeni yayımlanan görüntülərdə nazirin çıxış edərkən tez-tez tərlədiyi və həyəcanlandığı görülür. Bunu görən tibb işçiləri nazirə təcili müdaxilə ediblər və ondan koronavirus testi götürülüb. Həkimlər bildirib ki, nazirin test nəticələri müsbət çıxarsa onunla yaxın təmasda olan hər kəs karantinə götürüləcək.
Xatırladaq ki, bir neçə ay əvvəl iranlı millət vəkilinin canlı yayımda çıxışı zamanı tez-tez tərləməsi diqqət çəkmişdi. Daha sonra müayinə edilən deputatda COVİD-19 aşkarlanmışdı.
İngiltərənin İqtisadiyyat naziri Alok Şarmanın parlamentdə çıxışı zamanı yaşadığı çətin anların görüntülərini təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top