İsveçdə 2000 dollar maaşla işçi axtarılır - İşıqları yandırıb söndürəcək


İsveçdə yüksək maaşla qatar stansiyasına işçi axtarılması xəbəri gündəm olub.
 
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, işə qəbul ediləcək həmin şəxs 21 min isveç kronu (2264 dollar) dəyərində maaş almaqla dünyanın ən rahat işlərindən birini görəcək. İşçi qatar stansiyasında səhər-axşam sadəcə işıqları yandırıb söndürəcək, qalan vaxtını isə istədiyi kimi dəyərləndirə biləcək.
Qeyd edək ki, sözügedən iş elanı sənətçi Saymon Qoldin və Ceykob Sennebinin “Sonsuz iş” layihəsinin bir hissəsidir. Layihənin büdcəsi 7 mln kron təşkil edir. Bu məbləğ istənilən işçi üçün 120 il müddətinə kifayət edər. Elanla bağlı dünyanın fərqli yerlərindən 175 nəfər müraciət edib. İşçi üçün hansı meyarların tələb olunduğu hələlik bəlli deyil.

DİGƏR XƏBƏRLƏR

Top