İngiltərədə etirazçılar jurnalistə hücum edib - VİDEO


İngiltərədə keçirilən nümayişləri canlı efir vasitəsilə təqdim edən avstraliyalı jurnalist Ben Eyver və onun çəkiliş qrupuna hücum edilib.

Yeniavaz.com xarici KİV-ə istinadən bildirib ki, hadisə polis nümayişi dağıtmaq istədiyi an baş verib. Onlara edilən hücumdan sonra jurnalist və çəkiliş qrupu olduğu yerdən qaçmağa başlayıb.

Ben Eyver hadisə yerindən qaçmağa başladığı an əlindəki mikrofon nümayişçilərdən biri tərəfindən alınıb. Yaşanan hadisə operator tərəfindən anbaan qeydə alınıb. Jurnalist və operator polisdən kömək istəyib. Öz sosial şəbəkə hesabında açıqlama verən Ben Eyver nümayişin əvvəlcə dinc xarakterli başladığını və polisə ona yardım etdiyi üçün təşəkkür edib.  Jurnalist onlara hücum edilən vaxt köməyini əsirgəmədiyi üçün London polisinə təşəkkür edib.

DİGƏR XƏBƏRLƏR

Top