Nyu-Yorkda yerləşən həbsxanalardan birində qaradərili məhbus polis tərəfindən öldürülüb.
Yeniavaz.com "ABC News"a istinadla xəbər verir ki, 36 yaşlı məhkum Jamel Floyd qaldığı həbsxana kamerasında barrikada quraraq polisə tabe olmayacağını deyib. Daha sonra həbsxananın pəncərələrini sındırıb. Polis bu səbəblə məhkumun qaldığı kameraya bibər qazı atıb. Bir müddət sonra Jamel Floyd qazdan zəhərlənərək dünyasını dəyişib. Polis tərəfindən verilən açıqlamada isə məhkumun təhlükəli həddə çatdığı, müdaxilə edilmədiyi təqdirdə özünə və digər şəxslərə ciddi zərər verə biləcəyi deyilib.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-da Corc Floyd adlı şəxs 20 dollarlıq saxta əskinasdan istifadə etdiyi şübhəsi ilə polis tərəfindən saxlanılmışdı. Daha sonra o, polisin sərt müdaxiləsi səbəbilə dünyasını dəyişmişdi. Bu hadisədən sonra dünyanın bir çox ölkəsində polis zorakılığına qarşı etirazlar baş qaldırmışdı.