İranda son sutkada 4 minə yaxın insan koronavirusa yoluxdu


İranda yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb. 
Yeniavaz.com "worldometers"ə istinadla xəbər verir ki, son 24 saat ərzində İranda 3 min 574 nəfər koronavirusa yoluxub, 59 nəfər isə dünyasını dəyişib. Verilən məlumatlara görə, son bir neçə gün ərzində ölkədə koronavirusa yoluxanların sayı 3 mindən yuxarıdır. Qeyd edək ki, İranın Ticarət naziri Ruhsar Pekcan verdiyi son açıqlamada beynəlxalq yükdaşımaların həyata keçiriləcəyini və xüsusilə İraqla sərhədlərin açılacağını bildirmişdi. Ölkədə bir çox iş sahəsi isə fəaliyətini davam etdirir.
Xatırladaq ki, bu günə qədər dünyada 393 min 224 nəfər COVİD-19 səbəbilə dünyasını dəyişib, 6 milyon 703 min 95 nəfər həmin virusa yoluxxub, 3 milyon 252 min 378 nəfər isə sağalaraq evə buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top