Kimliyi axtarılan kişinin ailəsi tapıldı - FOTOLAR - YENİLƏNİB


Samuxda polisin tapdığı yaşlı kişi ailəsinə təhvil verilib.

Yeniavaz.com xəbər verir ki, Samux Rayon Polis şöbəsinin əməkdaşları 1950-ci il təvəllüdlü Haqverdyev Vidadi Ələkbər oğlunun ailə üzlərini taparaq onu təhvil veriblər.Onun övladı Gəncə şəhərində yaşayır.


***4 iyun, saat 20:23
Samuxda anlaqsız vəziyyətdə olan kişi polislər tərəfindən tapılıb.

Yeniavaz.com-a bu barədə DİN-dən məlumat verilib.

Bildirilib ki, rayonun Sarıqamış kəndində tapılmış 55-60 yaşlı kişinin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Anlaqsız vəziyyətdə olan kişi özünü təqdim edə bilmir.

Rayon polis şöbəsindən bildiriblər ki, bu şəxsi tanıyan şəxslər ya 102 xidmətinə, ya da Samux rayon polis şöbəsinə məlumat versinlər (Telefon: +994222751105).

DİGƏR XƏBƏRLƏR

Top