KİV nümayənlərinə icazə veriləcək? – RƏSMİ AÇIQLAMA


“Xəbər saytlarının evdə çalışmaları mümkündür. Buna görə də onlara evdə çalışmalarını tövsiyyə edirik”.
Yeniavaz.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
“Bu müddət ərzində insanlar evdə olduqları üçün maraqlı verilişlər hazırlanmalıdır. Buna görə də onların fəaliyyətinə icazə verilib. Lakin, televiziya və radio qurumları məhdud sayda işçiləri işə cəlb etsinlər və verilişlərə dəvət ediləcək şəxslər olacaqsa, onlarla müsahibə onlayn şəkildə təşkil edilsin. İstisnalar olarsa, o zaman televiziya və radio qurumları və Operativ Qərargaha müraciət edilməlidir” – deyə, Ramin Bayramlı qeyd edib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top