"Gələn həftəsonu qadağa olmaya bilər" - TƏBİB sədri


“Növbəti həftə küçəyə çıxma qadağasının olub-olmayacağını indidən demək hələ tezdir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanından Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 
Onun sözlərinə görə, bununla bağlı qərar növbəti həftə ərzində yoluxmanın sayından asılı olacaq. Bundan başqa Ramin Bayramlı iqtisadi baxımdan qısa müddətli qərarların qəbul edildiyini vurğulayıb.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top