İTV bu dəfə Səməd Seyidovun "300 il" sözünə ilişdi – VİDEO


İTV-də yayımlanan “3D” verilişinin budəfəki qonağı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu olub.
Yeniavaz.com xəbər verir ki, verilişin əvvəlində  katibə Lyubanın, “Bir il dözmək nədir ki, deputatlar var 300 il dözməyə razıdılar”, sözləri deputat Səməd Seyidovun Qarabağla bağlı sözlərini xatırladıb.
Belə ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “Yeni Müsavat”a müsahibə verərək, Azərbaycan ictimaiyyətini səbrli olmağa çağırıb: "Səbirli olmalıyıq. Ermənilər 300-400 il işləyiblər. Biz də işləməliyik. Mən demirəm ki, 300 il dözək. Ancaq işləri əvvəlcə diplomatik nöqteyi-nəzərdən hazırlamaq, beynəlxalq səviyyədə yüksəltmək lazımdır".

DİGƏR XƏBƏRLƏR

Top