Floydun həyat yoldaşının bu sözləri hər kəsi duyğulandırdı: "Artıq atası yoxdur və..."


ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) polis tərəfindən öldürülən afroamerikalı Corc Floydun həyat yoldaşı Roxsi Vaşinqton və altı yaşındakı qızı Gianna ilk dəfə mətbuat konfransında iştirak edib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verirki, mətbuat konfransında Floydun həyat yoldaşının dediyi sözlər hər kəsi duyğulandırıb.
“Bizim əlimizdən nəyi aldığınızı diqqətinizə çatdırmaq istəyirəm. Onlar günün sonunda eve gedib ailələri ilə birlikdə vaxt keçirdirlər. Lakin, Ginnanın artıq atası yoxdur və onun böyüdüyünü görməyəcək. Məzuniyyətinə gəlməyəcək və toyunda yanında olmayacaq. Mən övladım və Corc Floyd üçün burdayam. Onun üçün ədalət tələb edirəm. Digərləri nə düşünürsə, düşünsün” – deyə, göz yaşları içərisində R.Vaşinqton qeyd edib.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top