Tramp: “Ölkədə baş verənlər terror aktıdır”


ABŞ prezidenti Donald Tramp ölkədəki etirazları  terror aktı kimi dəyərləndirib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Tramp iğtişaşların iştirakçılarını və təşkilatçılarını uzunmüddətli həbsxana həyatı gözlədiyini vurğulayıb: “ABŞ-dakı etirazlar qanuni sayıla bilməz və terror aktı kimi dəyərləndirilməlidir. Söz verirəm ki, problemlərin öhtəsindən gələcəyik. Biz 100 faiz bacaracağıq. ABŞ həmişə qalib gəlir”.
Qeyd edək ki, Minneapolis şəhərində afroamerikalının polis zorakılığı nəticəsində ölümündən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top