Corc Floydun ölüm səbəbi açıqlandı


ABŞ-ın Minnesota ştatında polis tərəfindən öldürülən afroamerikalı Corc Floydun ölüm səbəbi açıqlanıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, tibb işçilərinin məlumatına görə, Floyd oksigen çatışmazlığından dünyasını dəyişib. Tibbi ekspertiziyanın nəticələrinə görə, afroamerikalının ölümünün qətl nəticəsində baş verdiyi təstiqlənib.
Qeyd edək ki, Corc Floydun ölümü ilə əlaqədar ürək-damar xəstəliyinin olduğu iddia edilirdi.
Xatırladaq ki, afroamerikalı Corc Floydu polis əməkdaşı dizi ilə boğaraq xəstəxanalıq edib. O, son dəfə “Nəfəs ala bilmirəm” sözlərini deyib və reanimasiyada dünyasını dəyişib. Floydun ölümü ABŞ-da kütləvi etirazlara səbəb olub.  
İlahə Hüseynova
 

DİGƏR XƏBƏRLƏR

Top