Avropa Olimpiya Komitəsinin prezidenti ölüb


Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Yanez Koçiyançiç vəfat edib.

Bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən keçmiş iş adamı və siyasətçi Lyublyanada ölüb.

2017-ci ildə EOC-un prezidenti vəzifəsinə təyin olunan 79 yaşlı idman rəsmisinin ölümünə səbəb xərçəng xəstəliyi olub. O, 1991-2014-cü illərdə Sloveniya Olimpiya Komitəsinin prezidenti vəzifəsini icra edib.

Qeyd edək ki, Yanez Koçiyançiç ötən il Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində iştirak edib. //ApaSport

DİGƏR XƏBƏRLƏR

Top