Bərdədə tapılan heyvan leşləri ilə bağlı araşdırma başladı


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bərdədə suvarma üçün nəzərdə tutulan Qarabağ kanalında aşkarlanan 20-yə yaxın ölmüş heyvanın cəmdəyi ilə bağlı araşdırmalara başlayıb. 

Yeniavaz.com xəbər verir ki, bu barədə "Report"a Agentlikdən məlumat verilib. 

Qeyd olunub ki, məsələ ilə bağlı məlumat daxil olduqdan dərhal sonra AQTA əməkdaşları araşdırmalara başlayıb: "Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri və digər istiqamətlərdə araşdırmalar aparılır. Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək".

DİGƏR XƏBƏRLƏR

Top