Levandovski "Qızıl buts" mübarizəsində vahid lider oldu - SİYAHI


Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski "Qızıl buts" uğrunda mübarizədə vahid liderə çevrilib.

Ppolşalı hücumçu "Fortuna" ilə Bundesliqanın XXIX tur matçında dubl edərək, qollarının sayını 29-a çatdırıb. O, İtaliya "Latsio"sunda çıxış edən ən yaxın izləyicisi Çiro İmmobileni 2 top geridə qoyub.

1. Robert Levandovski ("Bavariya", Almaniya) - 29 qol (58 xal)

2. Çiro İmmobile ("Latsio", İtaliya) - 27 (54)

3. Timo Verner ("Leyptsiq", Almaniya) - 24 (48)

4. Erlinq Holand ("Borussiya" Dortmund, Almaniya) - 26 (44)

5. Kriştianu Ronaldu ("Yuventus", İtaliya) - 21 (42)

6. Lionel Messi ("Barselona", İspaniya) - 19 (38)

7. Ceymi Vardi ("Lester", İngiltərə) - 19 (38)

8. Kilian Mbappe (PSJ, Fransa) - 18 (36)

9. Vissam Ben-Yedder ("Monako", Fransa) - 18 (36)

10. Romelu Lukaku ("İnter", İtaliya) - 17 (34)

Qeyd edək ki, Erlinq Holandın mövsümün ilk yarısını keçirdiyi "Zaltsburq"da qol sayı 16, Dortmund "Borussiya"sında 10-dur. Avstriya Bundesliqasında qol əmsalı 1,5-ə, Almaniyada isə 2-yə bərabərdir. Bu səbəbdən, üst-üstə 26 qol vurmasına baxmayaraq, norveçli hücumçunun qol əmsalı 44-dür. //Report

DİGƏR XƏBƏRLƏR

Top