Qəbizlik və böyrək daşı olanlar üçün məlhəm – Evdə hazırlaya bilərsiniz


Zeytun yağı və limonun ayrı-ayrılıqda olan faydaları artıq bir çoxlarımıza məlumdur. Bu iki məhsulun qarışıqı isə birbaşa qaraciyərimizə təsir edərək, onu təmizləyir və göz altı qaralmalarını yox edir.
Yeniavaz.com
zeytun yağı və limon şirəsi qarışığının digər faydalarını təqdim edir:
Zeytun yağı qəbizliklə mübarizə aparmaq üçün ideal bir vasitədir. Zeytun yağı və limon şirəsi qarışığı, həzm sisteminin inkişafına kömək edir. Bu da qaraciyər və öd kisəsini aktivləşdirir. Çox güclü bir antioksidant mənbəyidir. Buna görə də bədəni zəhərli toksinlərdən təmizləyir.
Zeytun yağı eyni zamanda yağ turşuları ilə zəngindir. Yağ turşuları bədənimizin qan dövranı və pis xolesteroldan xilas olmaq üçün vacibdir. Bundan əlavə iltihab əleyhinə təsir göstərir və limonla  istifadə etdikdə bədənimizin vitamin əksikliyini tənzimləyir. Hər gün ac qarnına istifadə edə biləcəyiniz bu qarışıq oynaq ağrılarına müsbət təsir göstərir. Xüsusilə də səhərlər istehlak edildikdə.
Hər kəs zaman-zaman özünü ağır, yorğun və halsız kimi hiss edə bilir. Bunun, qidalanma, bədənimizin zəif olması və s kimi səbəbləri ola bilər. Lakin bu amil əsasən qaraciyərdə və öd kisəsində həddindən artıq yüklənmə səbəbindən yaşanır. Saf zeytun yağı və limon qarışığı bu cür yorğunluqla rahatlıqla mübarizə aparır.
Böyrəkdə daşın olması insanlar arasında tez-tez rast gəlinən xəstəliklərdən biridir. Araşdırmalara görə, 80% hallarda daşlar kalsium mübadiləsinin pozulması səbəbindən əmələ gəlir. Kalsium tərkibli daşlardan başqa fosfat və oksalat tərkibli daşlar da böyrəklərdə əmələ gələ bilir ki, bunlar da vaxtında tökülmədikdə böyrəklərin funksiyasının pozulmasına səbəb olur. Limonun tərkibində daşları parçalayan maddələr var. Zeytun yağı ilə olan qarışığı isə daşları parçalayaraq düşməsini asanlaşdırır.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top