Azərbaycanda “Range Rover”dən 6 kiloqram narkotik çıxdı - FOTOLAR


Cəlilabad rayonunda 6 kiloqramdan artıq güclü təsiredici narkotik vasitələr aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. 
DİN-dən Yeniavaz.com-a verilən məlumata görə, polisə daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Elşad Hüseynli və qohumu Samir İsgəndərov “Range Rover” markalı avtomobildə Cəlilabad rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Həmin avtomobilə keçirilən baxış zamanı 4 ədəd sellafon torbada ümumi çəkisi 4 kiloqram 190 qram narkotik vasitə heroin və 2 kiloqramdan artıq tiryək aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslərin həmin narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından qaçaqmalçılıq yolu  əldə etdikləri və əvvəlcədən gizlədilmiş yerdən götürdükləri müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top