Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovaya telefonla zəng edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova "Twitter" səhfəsində yazıb: "Bu gün TBMM Sədri cənab Mustafa Şentop ilə telefonda danışdıq. Dəyərli həmkarım Mustafa bəyin və onun şəxsində qardaş Türkiyə xalqının Ramazan Bayramını təbrik etdim. Müzakirəmizdə qardaşlığımızın daha da möhkəmlənməsi üçün yorulmadan çalışmaq əzmimizi bir daha vurğuladıq".
M.Şentop isə həm öz adından, həm də TBMM üzvləri adınan Azərbaycan Respublikasının Milli Məclisin Sədri Sahibə Qafarovanı və onun simasında millət vəkillərini və bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib.