Pandemiyadan sonra Türkiyədə ilk dəfə cümə namazı qılınacaq


Uzun müddətdən sonra İstanbulda Çamlıca məscidində cəm halında cümə namazının qılınmasına izin verilib.
Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, məscidin nəhəng həyətində sosial məsafə qaydalarının qorunması üçün yerlərə xüsusi olaraq rəngli haşiyələr yerləşdirilib. İstanbul Məscid, Təhsil və Mədəniyyət Xidmətləri Mərkəzinin sədri Ergin Külüng namaza gələn insanları dəstəmazlı gəlməyə, eyni zamanda  səccadələrini də özləri ilə götürməyə səsləyib. Bundan əlavə sədr bildirib ki, məsciddə insanların cəm şəkildə yığıla biləcəkləri bütün yerlər bağlanacaq. Sadəcə mərkəz tərəfindən işarələnmiş yerlərdə insanlar sosial məsafəni qoruyaraq ibadətlərini yerinə yetirə biləcək.

DİGƏR XƏBƏRLƏR

Top