Pandemiya dövründə 2 yaşlı uşağın bu videosu hər kəsi duyğulandırdı - VİDEO


Hindistanda iki yaşlı uşağın ölmüş anasını oyatmaq istəməsi ilə bağlı yayılan video görüntülər insanları duyğulandırıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Hindistanın Bihar əyalətinin Muzafferpur şəhərindəki dəmir yolu stansiyasında baş verib. Məlumata görə, həyatını itirən Arbina Hatun adlı ana 23 yaşında olub və o, aclıqdan dünyasını dəyişib. Bildirilir ki, hal-hazırda ölkə pandemiya ilə əlaqədar çətin dövrlərini yaşayır. İnsanlar ailələrini dolandırmaq üçün öz ev-eşiklərini tərk edib, böyük şəhərlərə gedirlər. 23 yaşlı ana da məhz bu səbəbdən oğlu ilə birlikdə Qucarat vilayətində yaşayan bacısının yanına gedirmiş.
Baş verən bu hadisədən sonra insanlar arasında hökumətə qarşı etirazlar başlayıb.
Diqqət: Bu video sizi narahat edə bilər:
İlahə Hüseynova
 

DİGƏR XƏBƏRLƏR

Top