Tramp "Tvitter"i bağlamaq istəyir: Ya tənzimləyəcəyik, ya da...


ABŞ prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin işinin nizama salınması ilə bağlı fərman imzalayıb.

Yeniavaz.com xəbər verir ki, Tramp açıqlamasında "Tvitter"in belə bağlana biləcəyini bildirib: "Artıq sosial şəbəkələr məsuliyyətdən boyun qaçıra bilməyəcəklər. Bu gün söz azadlığını ən böyük təhlükələrdən birindən qorumaq üçün buradayıq. "Tvitter"i bağlaya bilərik bu qanunən mümkündür". ABŞ prezidenti vurğulayıb ki, sosial şəbəkələrə ya ciddi tənzimləmələr tətbiq olunacaq, ya da bağlanacaqlar.

Qeyd edək ki, sözügedən fərman "Facebook"un qurucusu Mark Zukerberqin etirazına səbəb olub. O "Fox"a açıqlamasında bunun senzuraya gətirib çıxara biləcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top