Türkiyədə karantin qaydaları yumşaldılır


Türkiyədə bu gün ölkə üzrə 33 min 559 nəfər testdən keçirilib. Onlardan 1182 nəfərin nəticəsi pozitiv çıxıb. Son 24 saat ərzində 1576 nəfər sağalıb, 30 nəfər dünyasını dəyişib. Beləliklə, məlum infeksiyadan sağalanlar 124 min 369, ölənlərin sayı isə 4 min 461 nəfərə çatıb.

Qeyd edək ki, hökumətin qəbul etdiyi normallaşma planına əsasən, mayın 28-də sərnişin qatarlarının fəaliyyəti bərpa olunub. Hava nəqliyyatında isə iyunun dördündən etibarən daxili, 10-dan isə xarici reyslərin həyata keçirilməsi gözlənilir. Mayın 29-da məscidlər ibadətə açılır. Bundan iki gün sonra hərbi qulluqçuların orduya çağırılması, iyunun 5-dən isə tərxis olunması işlərinə başlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top