ABŞ-ın Minnesota ştatında baş verən polis zorakılığına qarşı etirazlar başlayıb.
Yeniavaz.com İHA-ya istinadla xəbər verir ki, etirazçılar 46 yaşlı ABŞ vətəndaşı Corc Floydun polis tərəfindən öldürülməsi səbəbilə ölkədə marketlərə və digər ticarət obyektlərinə hücum etməyə başlayıblar. İş yerləri, avtomobillər, yararsız hala salınıb. Yandırılan binalardan biri çöküb. Bəzi şəxslərin isə hadisədən istifadə edərək qızıl dükanlarını qarət etməyə çalışdıqları bildirilib. Böyüməyə davam edən etiraz dalğasına qarşı polis hərəkətə keçib. Verilən məlumatlara görə, hadisə yerinə çox sayda hərbçilər gətirilib. Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-da polis Corc Floyd adlı şübhəlini yerə yıxıb ayağı ilə boğaraq saxlamışdı. Həmin şəxs dəfələrlə "nəfəs ala bilmirəm" deyə qışqırsa da polis sərt müdaxiləyə davam etmişdi. Nəticədə 46 yaşlı Corc Floyd dünyasını dəyişmişdi.
Ruslan Yusibov