Almaniyada oğurlanan bahalı avtomobil Türkiyədə tapılıb.
Yeniavaz.com "hürriyet" qəzetinə istinadla xəbər verir ki, Almaniyada oğurlanan 2012-ci il buraxılış Maseratinin 2016-cı ildə Türkiyəyə gətirildiyi məlum olub. Konyada park halında tapılan lüks avtomobilin İnterpol tərəfindən axtarışda olduğu bildirilib. Hadisə ilə bağlı prosedur tamamlandıqdan sonra avtomobilin öz sahibinə qaytarılacağı deyilib.