Ağstafada qəza - 3 nəfər yaralandı


Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Dağkəsəm kəndində qeydə alınıb.
Belə ki, hərəkətə olan “VAZ 2107” markalı avtomobil idarə etməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 2000-ci il təvəllüdlü Baxışov Zaur, 1988-ci il təvəllüdlü Fərəcov Əli və 1991-ci il təvəllüdlü İsmayılov Elşən xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.(APA)

DİGƏR XƏBƏRLƏR

Top