Bu ölkədə baş həkim koronavirusdan öldü


Dağıstanda baş həkim koronavirusdan dünyasını dəyişib. 
Yeniavaz.com
Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Buynaks şəhərinin rəhbəri İslamudin Nurqudaev özünün instaqram səhifəsində yazıb.
O bildirib ki, yerli uşaq xəstəxanasının baş həkimi və təcili yardım feldşeri virusa yoluxduqdan sonra vəfat edib.
Nurqudaev vəfat edən həkimlərin adlarını da açıqlayıb. Belə ki, baş həkim Marjanat Zaynutdinovna və feldşer Umraqil Aslanbekovna olduğunu qeyd edib.
Rəsmi məlumata görə, Dağıstanda ümumilikdə 4455 koronavirusa yoluxub, 130 nəfər isə ölüb.

DİGƏR XƏBƏRLƏR

Top