BNA yolu kəsən masanı götürdü - FOTO

Sosial şəbəkələrdə Əziz Əliyev küçəsindəki restoranların birinin qarşısında yolun hərəkət hissəsində masanın qoyulmasını əks etdirən fotolar nəzarətə götürülüb.

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən zəruri tədbirlər görülüb. 

Bu haqda BNA-nın mətbuat katibi Mais Ağayev məlumat verib.

“Bakı Nəqliyyat Agentliyinin ərazidə xidmət aparan əməkdaşlarının müdaxiləsi ilə masa yolun hərəkət hissəsindən götürülüb”, - deyə M.Ağayev bildirib.

DİGƏR XƏBƏRLƏR

Top