Rusiyanın Lipetsk vilayətinin qubernatoru İqor Artamanovun koronavirus statistikasının dəyişdirilməsinə dair gizli səs yazısı yayılıb.
Yeniavaz.com "Milliyət" qəzetinə istinadla xəbər verir ki, İqor Artamanova aid olduğu iddia edilən səs yazısında pandemiya barədə verilən rəqəmlərin dəyişilməsi tələb edilir. Söhbət zamanı hansı rəqəmlərin fərqli göstərilməsi dəqiq bilinmir ancaq, qubernator bu tələbini insanların həmin bölgə haqqında mənfi düşüncəyə səbəb olmaması üçün irəli atdığını söyləyir. Səs yazısında bu ifadələr eşidilir:
"Moskvanı 72 olmadığına inandırmalıyıq. Bölgəni riskə atmayın. Kritik bir dövrdəyik, bəzi adamların kəlləsi getməlidir. Mənə bunu edə bilməyəcəyini demə. Rəqəmləri dəyişdirmək bu qədər çətindirmi?".
Qarşı tərəfdə isə onun müavini Aleksandr İlinin səsi eşidilirr:
"Bu tək bir hərəkətlə həll ediləcək bir proses deyil. Qarışıq vəziyyətdir".
Bu hadisədən sonra qubernator İqor Artamanov Rusiya mətbuatına açıqlama verərək səs qeydlərinin ona aid olduğunu ancaq, fərqli şəkildə şərh edildiyini deyib. O bildirib ki, həmin görüşdə niyətlərinin rəqəmlərin azaldılması yox təm tərsinə yanlış bildirilən statistikanın düzəldilməsi olub.
Məlumat üçün deyək ki, bu hadisədən sonra Rusiyada koronavirsa yoluxma və ölüm halları ilə bağlı verilən rəsmi rəqəmlər barədə əsaslı şübhələr ortaya çıxıb. Verilən son rəqəmlərə görə, Lipetsk vilayətində yeni növ koronavirusa yoluxmuş 696 nəfərdən 5-i dünyasını dəyişib.
Qeyd edək ki, bugünə qədər dünyada 5 milyon 688 min 516 nəfər yeni növ koronavirusa yoluxub, 352 min 273 nəfər dünyasını dəyişib, 2 milyon 431 min 793 nəfər isə həmin xəstəlikdən sağalaraq evə buraxılıb.
Lipetsk vilayətinin qubernatoru İqor Artamanovla müavini Aleksandr İlin arasında keçən həmin səs yazısını təqdim edirik:
Ruslan Yusibov