Bu gün bu ərazilərdə su kəsiləcək


Mayın 27-si gün ərzində Xətai rayonunun bir hissəsinə (Xocalı Prospekti, M.Mehdizadə, A.Cəlilov, S.Orucov, N.Əliyev, N.Rəfiyev, A.İsmayılov, R.Əliyev küçələri) içməli suyun verilişi dayandırılacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Anar Cəbrayıllı məlumat yayıb. 

Qeyd edilir ki, bu, yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqadardır. 

DİGƏR XƏBƏRLƏR

Top