Mingəçevirdə iri gövdəli ağaclar küləyə tab gətirmədi - FOTO


Mingəçevirdə iri gövdəli ağaclar səhər saatlarından əsən küləyə tab gətirmədi.

Yeniavaz.com xəbər verir ki, Mingəçevir 12 saylı məktəbin həyətində bir neçə iri gövdəli ağaclar küləyə tab gətirməyərək aşıb. Xoşbəxtlikdən ağacın aşmasından bir neçə saniyə öncə orada heç kim olmayıb. Hadisə zamanı xəsarət alan olmasa da sakinlər məktəbin həyətində təhlükə saçan ağacların çox olduğunu bildirirlər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top