Sumqayıtda baş verən qəzada 4 hərbçi, bir mülki şəxs ölüb - YENİLƏNİB - FOTOLAR

Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 4 hərbi qulluqçu həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyindən bildiriblər.
TƏBİB-dən isə bildirilib ki, qəza zamanı 4 hərbçidən əlavə 1 mülki şəxs də həyatını itirib.
Qeyd olunub ki, yaralılardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti orta-ağır qiymətləndirilir.





***10:32

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Yeniavaz.com-un FHN-ə istinadən xəbərinə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Saipa” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.



***09:45
Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsi ərasində qeydə alınıb. Belə ki, "Saipa" və "Opel" markalı avtomobillər toqquşub. Nəticədə 5 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Xəsarət alanlar 1984-cü il təvəllüdlü Əliyev Ramil Gülhəsən oğlu və 1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğludur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ölənlər "Saipa"nın sürücüsü və sərnişinləri olub.

DİGƏR XƏBƏRLƏR

Top