Həbibin atası Azərbaycan MMA Federasiyasının rəhbəri ilə döyüşünün eksklüziv videosu


Sputnik Azərbaycan-ın müxbiri bu günlərdə koronavirusla mübarizə aparan Abdulmanap Nurməhəmmədovla (Həbib Nurməhəmmədovun atası – red.)  Azərbaycan Peşəkar MMA Federasiyasının rəhbəri Şəhriyar Abbasovun məşqindən çəkilmiş eksklüziv videoları əldə edib.

Abdulmanap Nurməhəmmədovla Şəhriyar Abbasovun görüşü 2018-ci ildə Bakıda, “TT Fight” klubunun zalında baş tutub. O vaxt Nurməhəmmədovlar Azərbaycana səfərə gəlmişdilər. Videodan aydın olur ki, bu, Abdulmanap Nurməhəmmədovla Şəhriyar Abbasovun ilk güləşi deyil. Onların birinci görüşü Mahaçqalada baş tutub.

Qeyd edək ki, Şəhriyar Abbasov və tələbəsi, Fight Nights Global qarışıq döyüşləri üzrə çempion kəmərinin sahibi Nəriman Abbasov Mahaçqalada tez-tez məşq toplanışı təşkil edirlər. Burada onlar Abdulmanap Nurməhəmmədovun yetirmələri ilə sparrinq keçirirlər.

Mayın əvvəlində Abdulmanap Nurməhəmmədov Moskva klinikalarından birinə yatırılıb. Onda koronavirus aşkarlanıb, sonra isə virus səbəbindən ürəyində fəsad yaranıb. O, bir müddət komada qalıb. Abdulmanap Nurməhəmmədovun yetirməsi Tahir Ulanbekov və UFC döyüşçüsü İslam Maxaçev də bildiriblər ki, təcrübəli mütəxəssisin durumu ağırdır.

DİGƏR XƏBƏRLƏR

Top