Bu dəfə Şəmkirdə qadın sürücü 6 maşını əzib


Şəmkir şəhərində yol-nəqiliyyat hadisəsi baş verib.

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini Cəfərova Munisə Yunis qızının idarə etdiyi "İveko" markalı yük avtomobili Səməd Vurğun küçəsində hərəkət edərkən əyləcdə baş verən nasazlıq nəticəsində əks hərəkət istiqaməti olan birtərəfli yola daxil olub və 6 avtomobilə zərər vurub.

Hadisə nəticəsində Şəmkir şəhər sakini Əsgərov Saleh Əsgər oğlu xəsarət alıb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top