Koronavirusla bağlı Azərbaycanda son vəziyyət - STATİSTİKA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 25-nə olan statistik göstəriciləri açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 2 672 test edildiyi bildirilib.

Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 273 411 test aparılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda 149 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 134 nəfər sağalıb, 2 nəfər isə vəfat edib. 1 479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top